EN

Əsəd qaçış planını hamıdan, hətta köməkçiləri və qohumlarından gizlədib – “Reuters”

Əsəd qaçış planını hamıdan, o cümlədən köməkçiləri və qohumlarından gizlədib.

İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Məlumata görə, Əsəd qaçış planını ehtiyatla gizlədib, köməkçiləri, rəsmiləri və ya qohumlarına məlumat verməyib.

Agentlik məsələ ilə bağlı məlumatlı mənbələrə istinadən xəbər verir ki, Əsəd Moskvaya qaçmazdan bir neçə saat əvvəl 30-a yaxın ordu və kəşfiyyat rəsmisi ilə görüşdə Rusiyanın hərbi dəstəyinin yolda olduğuna əmin edib və quru qoşunlarını müqaviməti davam etdirməyə çağırıb.

Köməkçilərdən birinin dediyinə görə, dekabrın 7-də, iş gününü bitirdikdən sonra Əsəd prezident ofisinin menecerinə evə getdiyini bildirib. Amma bunun əvəzinə o, hava limanına üz tutub.

Elə həmin gün o, media üzrə məsləhətçisinə zəng vurub çıxış yazmağı xahiş edib, lakin gələn kimi məsləhətçi görüb ki, onu heç kim gözləmir.

Dekabrın 7-8-də Qətərdə olan Rusiyanın xarici işlər naziri Lavrov Suriya prezidentinin təhlükəsizliyini təmin etmək, Əsədin Rusiyaya təhlükəsiz çıxışını təşkili üçün HTŞ qrupu ilə əlaqələrindən istifadə etməyə görə Türkiyə və Qətəri cəlb etmək üçün diplomatik səylərə rəhbərlik edib.

Dekabrın 8-də Əsəd transponderi söndürülmüş təyyarədə uçaraq və radar altında gizli uçaraq Dəməşqi tərk edib. O, Rusiyanın Latakiyadakı Xmeymim aviabazasına enib, daha sonra Moskvaya uçub.

Üç yüksək rütbəli mənbənin məlumatına görə, Əsədin ən yaxın qohumları – həyat yoldaşı Əsma və üç uşağı artıq onu Rusiya paytaxtında gözləyirmiş.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
27
33
interpress.az

10Sources