EN

Vaqif Cavadovdan Samir Abasova sərt cəza - REPORTAJ

Sumqayıt – Neftçi (Bakı) 2:0 (2:0)
1. Mehdi Cənnətov – 6,0
14. Elvin Bədəlov (k) – 6,0
10. Rəhim Sadıxov – 5,5
(2. Sərtan Taşkın, 72) – 5,5
7. Rövlan Muradov – 6,0
17. Murad Xaçayev – 5,5
30. Kamran Quliyev – 6,5
(5. Alan Dias, 90) – qiymətsiz
20. Ayxan Süleymanlı – 5,5
19. Roy Kehat – 6,0
(41. Uğur Cahangirov, 90) – qiymətsiz
95. Miloş Miloviç – 5,0
23. Cordan Rezabala – 6,0
(66. Ruslan Əliyev, 78) – qiymətsiz
60. Tresor Mossi - 5,5
Ehtiyat oyunçular
94. Rəşad Əzizli
36. Xəyal Fərzullayev
21. Nihat Əhmədzadə
24. Sənan Muradlı
64. Kənan Feyziyev
9. Nikola Vuynoviç
18. Kristian Velinovski
Baş məşqçi: Vaqif Cavadov
Komandanın ən yaxşısı: Kamran Quliyev

93. Rza Cəfərov (k) – 6,0
3. Höccət Haqverdi – 5,0
17. Rəhman Hacıyev – 5,5
(77. Yeqor Boqomolski, 69) – 5,0
90. Ramil Şeydayev – 5,0
(22. Dembo Darbo, 46) – 5,0
13. Emil Səfərov – 5,5
6. Rafael Quzzo – 5,5
(10. Filip Ozobiç, 46) – 6,0
99. Ervin Koffi – 5,0
23. Robert Bauer – 4,5
(4. Mark Tamaş, 23) – 5,0
24. Mustafa Sek – 5,5
11. Kilan Lebon – 5,0
88. Andrey Ştoqrin – 5,0
(47. Murad Məmmədov, 62) – 5,5
Ehtiyat oyunçular
1. Emil Balayev
30. Rüstam Samiqullin
7. Azər Əliyev
91. Ağadadaş Salyanski
20. Alfa Konte
Baş məşqçi: Samir Abasov
Komandanın ən yaxşısı: Filip Ozobiç

Qollar: K.Quliyev, 20 (1:0, R.Kehat). C.Rezabala, 43 (2:0).
Vərəqələr: K.Quliyev, 37 (qeyri-idman hərəkəti). E.Səfərov, 43 (qeyri-idman hərəkəti). E.Bədəlov, 53 (qeyri-idman hərəkəti). R.Muradov, 64 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: FƏRİD HACIYEV, Rəhman İmami, Kamran Bayramov, Cavid Cəlilov (hamısı Bakı).
VAR hakimi: İnqilab Məmmədov (Bakı).
VAR hakiminin köməkçisi: Namiq Hüseynov (Bakı).
AFFA nümayəndəsi: Elgiz Abbasov (Bakı).
8 dekabr. Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu. 2000 tamaşaçı (9502 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.

Ən müxtəlif səbəblərdən oyuna maraq yetərincə böyük idi. Həm bu komandalar arasında prinsipial rəqabət var, həm də Samir Abasov qısa fasilədən sonra doğma şəhərə təşrif buyurmuşdu. Sadəcə, bu dəfə rəqibin, yəni “Neftçi”nin baş məşqçisi kimi. Vaqif Cavadov isə “Sumqayıt” rəhbərliyinə klub üçün həmkarından daha faydalı olduğunu sübut etmək niyyətində idi. Sonda tabloya yazılan hesab məhz bunu göstərdi. Bəs oyun necə cərəyan etdi?

“Neftçi” artıq 5-ci dəqiqədə hesabı açmağa yaxın oldu. Quzzonun cərimə meydançasına ötürdüyü topu Kamran çox yöndəmsiz şəkildə uzaqlaşdırdı ki, belədə Şeydayev zərbə mövqeyinə çıxdı. Amma Ramil topa elə bərbad zərbə vurdu ki, şəxsən mən də onun kimi vura bilərdim. 11-ci dəqiqədə isə Koffinin zərbəsindən sonra top qapının üzərindən keçdi. “Vurmayana vurarlar” prinsipi 20-ci dəqiqədə Allah bilir dünya futbolunda neçənci dəfə işə düşdü. Kehatın incə ötürməsindən sonraKamran Quliyev zərbə mövqeyinə çıxdı və hesabı açdı. Bu epizodda Bauer də, Sek də, Səfərov da kobud səhvə yol verdi.

25-ci dəqiqqədə Rəhmanın qapı önünə ötürməsi zamanı Ştoqrin topa toxuna bilmədisə, Quzzo da tiri “nişan aldı”. 43-cü dəqiqədə səhv növbəsi yenə Sekə çatdı. Çox sadə bir epizodda topu uzaqlaşdıra bilməyən Mustafa Rezabalanın qapıya güclü və dəqiq zərbəsini izləməyə məcbur idi. İndiki “Neftçi”nin belə oyunla 0:2-nin “altından çıxacağı” qətiyyən inandırıcı görünmürdü. Zaman bu qənaəti doğrultdu. “Ağ-qaralar” 2-ci hissədə də özünə gələ bilmədi. 50-ci dəqiqədə Rəhmanın qapıya zərbəsi qeyri-dəqiq oldu. İki dəqiqə sonra Darbo “çərçivə”yə düşə bilmədi. 58-ci dəqiqədə Ştoqrinin fərqlənməsinin qarşısını Cənnətov aldı. 67-ci dəqiqədə meydan sahibləri yaxşı hücum qurdu. Rəhim Sadıxovun ötürməsindən sonra Kamranın zərbəsi qapıdan aralı keçdi. Sona yaxın Boqomolski də fərqi azaltmaq imkanlarını boşa verdi.

Beləliklə, cari mövsümdə 7-ci dəfə məğlubiyyətlə barışan “Neftçi”nin qara günləri davam edir. Samir Abasov bu komandanı heç cür vəziyyətdən çıxara bilmir. Ümidverici heç bir əlamət yoxdu!

Gözdən qaçmadı
* “Kimyaçılar” fanklubu oyunun əvvəlindən sonuna qədər Samir Abasovun ünvanına tənqidi və kinayəli şüarlar səsləndirdi: “Samir, “Neftçi”ni çempion elə”, “Samir, “Neftçi”yə hamballıq elə”, “İşıqları söndürün, biz başlayırıq” və s. və i.a. “UltraSumqayıt”ı isə polis sakitləşdirməli oldu.
* Vaqif Cavadov hər iki qola çılğın reaksiya verdi.

RÖYANƏ OĞUZ

Chosen
11
football-plus.az

1Sources