EN

Kərim SÖZ ATDI “Dırnağını tapdala, həmin an sifəti dəyişəcək”

“Birimizin dırnağını tapdala, həmin an hamının sifəti dəyişəcək”.

News24.az yenicag.az-a istinadla  xəbər verir ki, bu sözləri müğənni Kərim Abbasov “Xəbərin var?” verilişində deyib.

Sənətçi özünə tərif yağdırıb:

“Kərimin adı silinə bilməz, şou-biznesə artıq adını yazıb. Kərim adı artıq brenddir. 2-3 il də efirə çıxmasam, Kərim yenə də Kərimdir. Heç bir qram da qorxum yoxdur. Heç nə demirəm, elə mənim kimi efirə reytinq gətirən, sevilən sima olsunlar. Həyatda necəyəmsə, efirdə də eləyəm. Sadəcə efirdə daha dolğun, daha bir az kübar oluram. Birimizin dırnağını tapdala, həmin an hamının sifəti dəyişəcək. Özümdən çox razıyam. Deməzdim, həyatda hansısa səhvi buraxmazdım. Heç səhvsiz insan da yoxdur. Peşman da deyiləm, olan olub, keçən keçib”.


Chosen
31
1
news24.az

2Sources