EN

Astanada kabel oğurladılar - Şəhər işıqsız qaldı

Qazaxıstan paytaxtı Astananın mərkəzi kabel oğurluğu səbəbindən bir neçə saat işıqsız qalıb.

Bu barədə Astananın enerji şirkətinin mətbuat xidməti məlumat yayıb.

“Dekabrın 13-də “Çubarı” yarımstansiyasında 10 kilovoltluq elementlər kəsilib. Limitdə üç paylama məntəqəsi var. Səbəb kabel xəttinin oğurlanması olub”, - məlumatda bildirilib.

Qeyd olunur ki, hazırda yaşayış binalarına elektrik enerjisinin verilməsi bərpa olunub.

"Cebheinfo.az"

Chosen
23
7
cebheinfo.az

8Sources