EN

Ukrayna FIFA və UEFA-ya etiraz notası göndərib

Ukrayna

Ukrayna Futbol Federasiyası FIFA və UEFA-ya etiraz notası göndərib.

Xalqcebhesi.az xəbər verir ki, buna səbəb DÇ-2026-nın seçmə mərhələsinin püşkatması zamanı Ukraynanın xəritəsində yanlışlığa yol verilməsidir.

Teleyayım zamanı Krım yarımadası Ukraynanın ərazisi kimi göstərilməyib. UFF hər iki qurumun baş katibinə məktub yazaraq öz narazılığını bildirib.

Qeyd edək ki, Rusiyanın Ukraynanın ərazisinə müdaxiləsindən sonra bu ölkənin yığması beynəlxalq yarışlardan kənarlaşdırılıb.

Chosen
25
11
xalqcebhesi.az

10Sources