EN

Ukraynadan FİFA və UEFA-ya ETİRAZ

Ukrayna Futbol Federasiyası FIFA və UEFA-ya etiraz notası göndərib.

Bizim.Media xəbər verir ki, buna səbəb DÇ-2026-nın seçmə mərhələsinin püşkatması zamanı Ukraynanın xəritəsində yanlışlığa yol verilməsidir.

Teleyayım zamanı Krım yarımadası Ukraynanın ərazisi kimi göstərilməyib. UFF hər iki qurumun baş katibinə məktub yazaraq öz narazılığını bildirib.

Qeyd edək ki, Rusiyanın Ukraynanın ərazisinə müdaxiləsindən sonra bu ölkənin yığması beynəlxalq yarışlardan kənarlaşdırılıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
35
11
bizim.media

10Sources