EN

Hakan Fidan Rusiyanın Suriyadakı bazalarının taleyindən danışdı

Suriyadakı Rusiya bazalarının taleyi Moskva ilə Dəməşqin yeni hakimiyyət orqanları arasında aparılan danışıqlar çərçivəsində həll olunacaq.

hakimiyyet.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan "NTV" telekanalının efirində bildirib.

"Rusiya bazalarının Suriyada saxlanılması məsələsi ruslarla Suriyanın yeni hakimiyyət orqanları arasında aparılan danışıqlar prosesi ilə bağlıdır. İndi Rusiya ərəb respublikası ərazisində müxtəlif yerlərdə yerləşən bölmələrini taktiki olaraq geri çəkib və onlar bazalara gəliblər", - o qeyd edib.

Hakan Fidan Türkiyənin Suriyadakı səfirliyinin 12 illik fasilədən sonra dekabrın 14-də fəaliyyətini bərpa edəcəyini bildirib.

"Diplomatlarımız bu gün yola düşdülər. Onlar şənbə günü işə başlayacaqlar", - o əlavə edib.

Chosen
21
50
hakimiyyet.az

10Sources