EN

Səudiyyə Ərəbistanının enerji nəhəngi Azərbaycanda cərimələndi

Xətai Rayon Məhkəməsində "Acva Pover Azərbaycan" MMC-yə yazılan inzibati protokola baxılıb.

 

Pravda.az-ın xəbərinə görə, hakim Aygün Həsənovanın sədrliyi ilə keçirilən iclasda cərimə qərarı çıxarılıb.

 

Xatırlatma: Dövlət Gömrük Komitəsi (DGK) MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 493-cü (Gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir) maddəsi üzrə protokol tərtib edib.

 

Qeyd: Ərəbistanın enerji sahəsində ixtisaslaşan şirkətinin Azərbaycandakı nümayəndəliyinin qanuni təmsilçisi Mehmet Selim Guvendir. 

 

Xəyal Quliyev

Tarix: 14 Dekabr 2024, 10:24   
Chosen
56
pravda.az

1Sources