EN

“Bavariya” iki dəqiqəyə görə 20 min avro cərimə edildi

Almaniya Futbol İttifaqı “Bavariya”nı 20 min avro cərimə edib.

Publika.az xəbər verir ki, buna səbəb komandanın Bundesliqanın 8-ci turunun “Bohum”la oyununa gecikməsi (5:0) olub.

“Bavariya”nın oyunçuları avadanlığın yoxlanılması səbəbindən futbol meydançasına gec çıxıblar. Ümumilikdə oyunun başlaması iki dəqiqə gecikib.

Bundesliqa lideri hətta belə bir qərardan apellyasiya şikayəti verib, lakin klub rədd cavabı alıb.

Chosen
11
1
publika.az

2Sources