EN

Koreya klubunun məşqçisi: “Bakıya aşiq olmuşam”

“Dünyada Milli Gimnastika Arenası kimi çox az idman zalı var”.

İdman.biz xəbər verir ki, bunu Koreyanın bədii gimnastika üzrə “Kim Cu Yen” klubunun baş məşqçisi Yelena Pastux deyib.

Komanda yeni mövsüm ərəfəsində Bakıda təlim-məşq toplanışı keçirir. Pastux qeyd edib ki, Bakıya ikinci səfəridir: “Keçən il dünya çempionatı zamanı burada idim. Ancaq ilk dəfədir ki, gimnastlarla toplanışa gəlirik”.

O, hələlik gündə bir məşq planlaşdırıldığını, lakin uyğunlaşmadan sonra məşq intensivliyinin artacağını vurğulayıb.

Milli Gimnastika Arenası haqqında danışan mütəxəssis bunları vurğulayıb: “Heyran oldum. Kompleks yaxşı təchiz olunub, zal möhtəşəmdir”.

Pastux Bakı ilə bağlı təəssüratlarını da bölüşüb: “Keçən dəfə bura gələndə şəhəri gəzdim. Mərkəzdə və bulvarda oldum. Bakını çox sevirəm. Bir çox ölkədə olmuşam, amma Bakıya aşiqəm”.

İdman.biz

Chosen
37
idman.biz

1Sources