Dünya birjalarında neft bahalaşıb.
Yenicag.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,08 dollar artaraq 74,49 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,27 dollar artaraq 71,29 dollar təşkil edib.