EN

Simonyandan geri addım: “Bunun olması üçün əlimdən gələni edirəm”

Rusiya Federal Şurasının sədri Valentina Matvienko Ermənistana səfər edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

“Federal Şuranın sədri Valentina Matvienko fevralın ortalarında Ermənistana gələcək. Səfərin tarixi hələ dəqiq deyil, amma son illərdə Ermənistan-Rusiya münasibətlərinin korlanmasında əli olan parlamentin sədri Alen Simonyan deyir ki, Matvienkonun səfərinin baş tutması üçün titanik səylər göstərir.

Simonyan vaxtilə Matvienko ilə isti şəxsi münasibətdə olub. Rusiyalı spiker sonuncu dəfə 2015-2020-ci illərdə Ermənistanda olub. Əvvəllər onun İrəvana səfərləri barədə söz-söhbət yayılsa da, bunlar heç vaxt baş tutmayıb. İki ay əvvəl Simonyan Matvienko ilə telefon danışığı aparıb, söhbət zamanı ilkin razılıq əldə edilib”, - məlumatda deyilir.


Müəllif: Mənsur Rəğbətoğlu
Chosen
24
teleqraf.com

1Sources