EN

İslandiya yığmasının kapitanı: Azərbaycan millisini yaxşı analiz etməliyik

“Çox çətin, eyni zamanda, həyəcanverici qrupa düşdük”.

İdman.biz AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri İslandiya millisinin kapitanı Yohann Berq Qudmundsson 2026-cı il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin püşkatmasının nəticəsini dəyərləndirərkən deyib.

O, Azərbaycan yığmasını yaxşı analiz edəcəklərini söyləyib: “Ola bilər ki, bir çoxlarınız bu komandanın oyun üslubuna bələd deyil, amma biz onları yaxşı təhlil etməliyik. Bunun üçün qarşıda uzun yolumuz var. Ümid edirəm ki, komandamızın bütün üzvləri sentyabr ayında mübarizəyə hazır olacaq. Çünki məqsədimiz qrup birinciliyidir. Bunun üçün sabitliyi qorumalıyıq. Oyunçularımız ən yaxşı formada olmalıdırlar. Qrupda bütün diqqətimizi ilk pilləyə yönəltməliyik”.

34 yaşlı yarımmüdafiəçi potensial rəqibləri olan Fransa millisini qrupun favoriti hesab edib: “Kifayət qədər güclü komandadır və dünyanın ən yaxşılarındandır. Ukrayna və Xorvatiya kollektivləri ilə dəfələrlə qarşılaşmışıq. Uduzduğumuz və qalib gəldiyimiz vaxtlar olub. Onlarla yenidən görüşmək və beləliklə, əvvəlki oyunlarda buraxdığımız səhvləri düzəltmək imkanımız olacaq”.

Qeyd edək ki, Azərbaycan millisi D qrupunda Ukrayna ilə yanaşı, Fransa/Xorvatiya cütünün qalibi və İslandiya ilə də mübarizə aparacaq.

İdman.biz

Chosen
43
2
idman.biz

3Sources