Növbəti illərdə Bakı Təşəbbüs Qrupunun (BTQ) hesabatında kolonizasiya ərazilərinin sayı daha çox olacaq.
Lakin biz düşünürük ki, bu say azalmalıdır və belə ümid edirik ki, 5-10 il ərzində kolonizasiya bölgələri üçün hesabata ehtiyac qalmayacaq
"Cebheinfo.az", xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov 14 dekabr - Dekolonizasiya Gününə həsr edilən hesabat təqdimatında çıxışı zamanı deyib.
O qeyd edib ki, Bakı Təşəbbüs Qrupu 2024-cü ildə 17 beynəlxalq konfrans keçirib.
"Bu konfransların bəziləri BMT qərargahlarında, Nyu-Yorkda, Cenevredə baş tutdu. Həmçinin, təşkilatımız beyin mərkəzi olaraq da fəaliyyət göstərir. Komandamız bu il 7-dən çox hesabat hazırlayaraq aidiyyəti qurumlara təqdim edib.
Bu hesabatlar çox uğurlu nəticələr əldə etdi. BMT-nin İnsan hüquqları komitəsi ilk dəfə Fransa hökumətindən Martinik və Yeni Kaledoniyadakı silahlı qüvvələr, qeyri-qanuni həbslərlə bağlı sübutlu hesabat istədi. Son 5-10 il ərzində Fransa hökuməti qarşısına belə bir tələb qoyulmamışdı".
"Cebheinfo.az"