EN

Türkiyə “Qazprombank”a qarşı sanksiyadan kənarda qalmaq üçün ABŞ-la danışıq aparır

Türkiyə tərəfi ABŞ-la təmaslar zamanı “Qazprombank”a qarşı sanksiyaların tərkib hissəsi kimi onun istisna edilməsi məsələsini qaldırıb. Bu barədə “Hürriyet” qəzetinin köşə yazarı Hande Fırat mənbələrə istinadən yazır. Məlumatı TASS verib. 

Məlumatlara görə, müvafiq məsələ cümə günü Ankarada olan ABŞ dövlət katibi Antoni Blinkenlə təmaslar zamanı müzakirə olunub. Fırat qeyd edir ki, bu məsələ “[Blinkenlə] Türkiyədə keçirilən görüşlərdə qaldırılıb və lazımi istəklər çatdırılıb”.

Amerika tərəfi qeyd edib ki, “istəklərdən xəbərdardır və onları qiymətləndirir”.

Bir müddət əvvəl Türkiyənin Energetika Nazirliyinin rəhbəri Alparslan Bayraktar ABŞ-ın “Qazprombank”a qarşı tətbiq etdiyi sanksiyaların Türkiyəyə mənfi təsir etdiyini və respublikanın Xarici İşlər Nazirliyi ilə Rusiyadan idxal olunan təbii qaza görə ödənişlə bağlı vəziyyəti həll etmək üçün danışıqlar apardığını bildirmişdi. O, əlavə edib ki, Türkiyə qazın 40%-ni Rusiya Federasiyasından alır və onun pulunu ödəyə bilməməsi respublikaya ağır zərbə vuracaq. O deyib ki, Ankara “ABŞ-ın Rusiya təbii qazını almaq üçün Türkiyəni istisna etməsini istəyir”.

P.ƏMİRCANOV
XQ

Chosen
18
3
xalqqazeti.az

6Sources