EN

Növbəti illərdə BTQ-nin hesabatında kolonizasiya ərazilərinin sayı artacaq - Abbas Abbasov

Növbəti illərdə Bakı Təşəbbüs Qrupunun (BTQ) hesabatında kolonizasiya ərazilərinin sayı daha çox olacaq. Lakin biz düşünürük ki, bu say azalmalıdır və belə ümid edirik ki, 5-10 il ərzində kolonizasiya bölgələri üçün hesabata ehtiyac qalmayacaq

Day.Az xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov 14 dekabr - Dekolonizasiya Gününə həsr edilən hesabat təqdimatında çıxışı zamanı deyib.

O qeyd edib ki, Bakı Təşəbbüs Qrupu 2024-cü ildə 17 beynəlxalq konfrans keçirib.

"Bu konfransların bəziləri BMT qərargahlarında, Nyu-Yorkda, Cenevredə baş tutdu.

Həmçinin, təşkilatımız beyin mərkəzi olaraq da fəaliyyət göstərir. Komandamız bu il 7-dən çox hesabat hazırlayaraq aidiyyəti qurumlara təqdim edib.

Bu hesabatlar çox uğurlu nəticələr əldə etdi. BMT-nin İnsan hüquqları komitəsi ilk dəfə Fransa hökumətindən Martinik və Yeni Kaledoniyadakı silahlı qüvvələr, qeyri-qanuni həbslərlə bağlı sübutlu hesabat istədi. Son 5-10 il ərzində Fransa hökuməti qarşısına belə bir tələb qoyulmamışdı", - deyə o bildirib.

Chosen
8
4
day.az

5Sources