EN

Parlament prezidentinə impiçment elan etdi

Koreya Respublikasının parlamenti dekabrın 3-də ölkədə hərbi vəziyyət tətbiq edən, bir neçə saat sonra isə bu vəziyyəti ləğv edən prezident Yun Seok Yeola impiçment elan edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, səsvermədə 300 deputatın hamısı iştirak edib.

İmpiçmenti 300 deputatdan 204-ü dəstəkləyib.

İndi Konstitusiya Məhkəməsi prosesə başlayacaq və impiçmentin təsdiqi və ya Yun Seok Yeolun vəzifəsinə bərpa olunması barədə qərar verəcək. İşin həlli altı aya qədər çəkə bilər.

Chosen
24
modern.az

1Sources