EN

Türk ORDUSUNA İsraillə bağlı ŞOK ƏMR: Görən kimi VURUN! CANLI


Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı İsrail qırıcılarının Suriyada PKK terror təşkilatına dəstək olacağı halda vurmaq əmri alıb.

“RİA Novosti” məlumat yayıb. Mənbələrdən biri Rusiya agentliyinə bildirib ki, Türkiyə istənilən şəraitdə İsrail Hərbi Hava Qüvvələri və ya digər qurumların PKK/YPG terrorçularını dəstəkləməsinə icazə verməyəcək: “Belə hal baş verərsə, Türkiyənin hava hücumundan müdafiə sistemləri və qırıcıları onları məhv etməyə hazırdır”. Məlumatda deyilir ki, müvafiq əmrlər artıq Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına verilib. Hələlik Ankaradan bu barədə rəsmi açıqlama yoxdur.
Ruslar və iranlılar artıq anladılar ki, Suriyadakı rejimi davam etdirməyin mənası yoxdur. Türkiyə xarici işlər naziri Hakan Fidan deyib. “2015-ci ildə Suriyadakı müxaliflər təəssüf ki, İranın təzyiqləri ilə geriləmişdi. Uzun müddət atəşkəs razılığını müzakirə etdik. Dohada rusiyalı və iranları həmkarlarla bir araya gəldik. Ruslar və iranlılar artıq anladılar ki, rejimi davam etdirməyin anlamı yoxdur. Telefon zəngi etdilər. O axşam da Əsəd getdi”, - deyə bildirilib.
Gürcüstanda isə prezident seçkiləri davam edir. Səsvermənin keçirildiyi parlament binasının qarşısına toplanan etirazçılar Rustaveli prospektində avtomobillərin hərəkətini bloklayıblar.

TVMusavat-ın bu gün saat 12:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi şərhçi Heydər Oğuzla Suriya və Ukraynanı müzakirə edir.

 

Chosen
40
musavat.com

1Sources