EN

Pol Riçard Qallaqer Azərbaycana gəldi

Müqəddəs Taxt-Tacın Dövlət Katibliyinin Dövlətlər və Beynəlxalq Təşkilatlarla Əlaqələr üzrə katibi arxiyepiskop Pol Riçard Qallaqer Azərbaycana üçgünlük səfərə gəlib.

Adalet.az xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın rəsmi informasiya portalı “Vatikan Nyus” məlumat yayıb.

Qeyd olunub ki, səfərin əsas məqsədi Bakıda Müqəddəs II Ä°oann Pavel kilsəsinin təməlqoyma mərasimi və yerin xeyir-duasıdır. Məbəd paytaxtın Yasamal rayonunda Abbas Mirzə Şərifzadə küçəsində tikiləcək.

Rəsmi proqram dekabrın 14-də başlayacaq. Azərbaycana səfəri çərçivəsində arxiyepiskop Qallaqer xarici işlər naziri Ceyhun Bayramov, Qafqaz Müsəlmanları Ä°darəsinin sədri Allahşükür Paşazadə və yerli din xadimləri ilə görüşlər keçirəcək.

Müqəddəs Taxtın katibi həmçinin Bakıda Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi Kilsəsində ibadət keçirəcək.

Chosen
26
adalet.az

1Sources