EN

Yaxın Şərqdə güc balansı dəyişir: Proses regiona nə vəd edir?

Suriyada gedən proseslər onu göstərir ki, Türkiyə Yaxın Şərqdə geosiyasi və geostrateji güc mərkəzinə çevilir.

Bəzi ekspertlər hesab edirlər ki, bundan sonrakı dövrdə Rusiya, İran, ABŞ, Almaniya, Avropa İttifaqı və digər güclər bu regionda Türkiyə ilə hesablaşmalı olacaqlar.

Məsələ ilə bağlı politoloq Xəqani Cəfərli “Cebheinfo.az”-a şərhində qeyd edib ki, bu, yalnız gələcək proseslər fonunda müəyyən olunacaq:

“Yaxın Şərq yeni bir mərhələyə qədəm qoyub. Bu mərhələ hələ bir müddət davam edəcək, ondan sonra regionda yeni bir vəziyyətin formallaşacağına şahidi olacağıq. 

İndiki halda qüvvələr nisbəti fərqli ola bilər. Prosesin sonda necə olacağı barədə indidən proqnoz vermək çətindir. Yəni ABŞ, Avropa İttifaqı, Rusiya, İran və Türkiyənin bu regionda maraqlarını bölüşəcəyi və ya toqquşacağını müəyyən etmək o qədər də asan deyil.

Bunu yalnız zaman göstərəcək. 

Təbii ki, Türkiyə qüdrətli dövlətdir və Türkiyənin Yaxın Şərqdə təsir imkanları artacaq. Ancaq regionda yeni güc nisbətinin formallaşması üçün bir az zaman lazım olacaq.  Yaxın zamanda mürəkkəb proseslərə şahidi olacağıq”.

Chosen
46
cebheinfo.az

1Sources