Payız-qış aylarında aktiv performansı, yaxşı əhval-ruhiyyəni və canlılığı qorumaq üçün adaptogenlərə böyük ehtiyac var. Adaptogenlər stress və soyuqdəyməyə qarşı mübarizədə bədənin müqavimətini qorumağa kömək edir.
Bizim.Media xəbər verir ki, adaptogenlərin faydaları ilə bağlı klinik farmakoloq Rüstəm Sadyakovun Rusiya KİV-ə açıqlamasında mühüm məqamlara aydınlıq gətirib.
"Adaptogenlər orqanizmin stresə uyğunlaşmasına və mənfi şərtlərə qarşı dayanıqlığının artırılmasına kömək edən bitkilər və göbələklərdir. Onlar qorumağa və enerjini bərpa etməyə kömək edir. Orqanizmdə olan adaptogenlər stressə cavab verən sistemə təsir edir, kortizol səviyyəsini düzəltməyə çalışır, immuniteti və enerjini dəstəkləyir.
Adaptogenlər kapsul kimi qəbul edilə və ya kokteyllərə əlavə edilə bilər. Lakin onların effekti zamanla özünü göstərir, ona görə də adaptogenləri kiçik dozalardan başlayaraq kurslar şəklində qəbul etmək daha yaxşıdır”.
Rüstəm Sadyakov deyir ki, adaptogenlərə aid jenşen soyuq aylarda çox faydalıdır:
“O fiziki dözümlülüyü artırır, zehni fəaliyyəti yaxşılaşdırır. Bundan əlavə jenşen yuxuya faydalı təsir göstərir, hormonal tarazlığı qoruyur. Kordiseps isə enerjini artıran, ağciyərlərin fəaliyyətini yaxşılaşdıran və fiziki fəaliyyətə kömək edən dərman göbələyidir”.
Surxay Atakişiyev, Bizim.Media