“Belə qeyri-adi püşkü şərh etmək çətindir. Ona görə ki, biz heç əslində kiminlə oynayacağımızı belə bilmirik”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri Xorvatoya millisinin baş məşqçisi Zlatko Daliç DÇ 2026 seçmə mərhələsinin püşkünü dəyərləndirərlən deyib. O, daha sonra belə davam edib:
“Ola bilsin ki, ilk baxışdan kağız üzərində D qrupu daha narahat görünür. Nəzərə almalıyıq ki, orada çox güclü Ukrayna millisi və İslandiya ilə Azərbaycana iki uzun səfər var. Amma hər iki qrupda yüksək keyfiyyətli və iddialı komandalar yer alıb. Hansılar ki, dünya çempionatına çıxmaq istəyirlər”.
Püşkün nəticəsinə əsasən, Millətlər Liqasının 1/4 final mərhələsinin Fransa – Xorvariya cütünün qalibi D qrupunda Ukrayna, İslandiya və Azərbaycan komandaları ilə mübarizə aparacaq.