EN

"Güzgüdə özümə baxa bilmirəm"

Müğənni Samir Bağırov komplekslərindən danışıb. Axşam.az xəbər verir ki, sənətçi yutubda yayımlanan "Sözlü adam" layihəsində çəkisinin artmasından danışıb:

 

"Kompleksiz insan yoxdur. Mənim də hamı kimi komplekslərim var. Ən böyük kompleksim kökəlib, arıqlamaqdır. Kök olanda özümə güzgüdə baxa bilmirəm. Elə insanlar var ki, kökəlmələrini qəbul edirlər və buna fikir vermirlər. Amma bu mənə təsir edir".

 

S.Bağırov Azərbaycan dilində danışmağı öyrənməsindən söz açıb:

 

"Bilmirəm Azərbaycan dilini bu günə kimi niyə mükəmməlləşdirməmişəm. Əgər diqqətim danışmağa yönəlirsə, Azərbaycan dilində normal danışa bilirəm. Amma hansısa bir mövzu ətrafında danışıramsa, fikrim dağılır və danışa bilmirəm. Özümü buna görə itirirəm. O anda fikrimi çatdırmaq istəyirəm, amma söz tapıb danışa bilmirəm. Neçə dəfə istəmişəm ki, Azərbaycan dili müəllimi tutum, amma alınmadı".

Tarix: 14 Dekabr 2024, 13:06   
Chosen
27
6
pravda.az

7Sources