EN

Pəhrizi aclıq etmədən necə arıqlamaq olar?

Diyetoloqların sözlərinə görə, hədsiz məhdudiyyətlər olmadan arıqlamağın yolu kalori balansının necə işlədiyini dərk etməkdir.

Britaniya diyetoloqları Sara Bokxart və Riannon Lambert “The Sun” nəşrinə müsahibələrində deyiblər ki, arıqlamağın aclıq saxlamaq və hər şeydə özünə məhdudiyyət qoymaq olduğu barədə təsəvvürlər yanlışdır. Mütəxəssislər vurğulayıblar ki, bədəndə piyin itirilməsi yalnız kalori çatışmazlığı ilə nəticələnir. Digər sözlə, siz aldığınızdan çox kalori itirdikdə arıqlayırsınız. News24.az“MedikForum”a istinadla xəbər verir ki, ekspertlərin bildirdiyinə görə, kalori balansını idarə etməyi öyrəndikdə, sağlam çəkiyə malik olmaq və aclıq etməyə məruz qalmayaraq qaməti qoruyub saxlamaq olar.

Diyetoloqlar kalori çatışmazlığının yaranması sayəsində pəhriz saxlamadan və aclıq etmədən nəyin kömək etdiyini dəqiqləşdiriblər.

Daha çox hərəkət etmək. Ekspertlər gündəlik fərdi hərəkət fəaliyyətini artırmağı məsləhət görürlər. “Piyin əridilməsi üçün hərəkət etmək lazımdır. Siz, yemək hazırlamaq, tozsoranla ev yığışdırmaq, zibil tullamaq, evdə səpələnmiş əşyaları, oyuncaqları toplamaq və sair kimi gündəlik vəzifələri yerinə yetirərək, daha çox hərəkət etməyə başlaya bilərsiniz. Gün ərzində bütün bu hərəkətlər əhəmiyyətsiz görünə bilər, lakin söhbət bədəndə piyin azaldılmasından gedəndə, məhz hər saat edilən kiçik hərəkətlər əhəmiyyət kəsb edir”, - deyə diyetoloq Sara Bokxart vurğulayıb.

Daha çox sağlam qida qəbul etmək. Diyetoloq Riannon Lambert arıqlayan insanlara qarşılarına daha az miqdarda yemək qəbul etməyi məqsəd qoymaq əvəzinə, rasionda daha çox sağlam və faydalı qida məhsullarını daxil etməyi məsləhət görür. Tibb işçisi bildirir ki, tərkibində təbii, tam və emal edilməmiş qida məhsulları olan çeşidli qidalanma bağırsaq mikrobiomunun vəziyyətini yaxşılaşdırır, bu da arıqlamaq və çəkinin saxlanması üçün olduqca vacibdir.

Lifin istehlakını artırmaq. Arıqlayan insanların rasionuna dənli bitkilər, qoz-fındıq və toxumlar, paxlalılar daxil olmalı. Bu qida məhsullarının lifi daha uzun müddət aclıq hiss etməmək və daha az miqdarda qida qəbul etməyə kömək edir.

Daha çox yatmaq. Sağlam gecə yuxusu ac qalmadan bədənə piyi əritməyə kömək edir. Bunun üçün ən azı yeddi saat yatmaq lazımdır. Daha az yatan insanlarda beyin sürətli enerjiyə can atan sinir siqnalları tərəfindən stimullaşdırılır. Nəticə olaraq, şirniyyat və digər karbohidrat məhsullarına tələbat yaranır.

Su içmək. Orqanizmin yaxşı nəmləndirilməsi də vacibdir, çünki o yeməkdə olan qida məhsullarının daha yaxşı həzm edilməsinə kömək edir, bu da uzunmüddətli toxluq hissini formalaşdırır.

Məşq etmək. Ürək döyüntüsünü artıran məşğələlər bədənin kalori sərf etdiyi enerji sərfini də artırır.


Chosen
20
news24.az

1Sources