EN

Tailandda yarmarkada partlayış olub: Ölənlər və yaralananlar var

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Tailandın şimal-qərbində Tak əyalətində Qızıl Xaç xeyriyyə yarmarkasında baş verən partlayış nəticəsində ən azı dörd nəfər həlak olub və 50-dən çox insan yaralanıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Thairath" qəzeti məlumat yayıb.
Polis partlayıcı qurğunu işə sala biləcək 16 və 17 yaşlı iki yerli yeniyetməni saxlayıb. Hadisə nəticəsində iki nəfər yerindəcə həlak olub, daha iki nəfər isə xəstəxanada aldıqları yaralardan ölüb.
Saxlanılan gənclərdən biri artıq günahını etiraf edib. Onun sözlərinə görə, bomba partlayışı ilə noyabr ayında paradda münaqişə yaşadığı digər yeniyetmədən qisas almaq istəyib.
Qeyd edək ki, Tailandın Tak əyaləti məşhur turist marşrutlarından uzaqda yerləşir və vətəndaş münaqişəsinin baş verdiyi Myanmanın Karen ştatı ilə həmsərhəddir. Burada yerli Karen silahlı etnik qrupu hökumət qüvvələrinə qarşı mübarizə aparır. Bu ilin aprelində Myanmar ordusu ilə etnik qrupların döyüşçüləri arasında toqquşmalar nəticəsində Tak əyalətinin sərhəd şəhəri Maesota 3500 qaçqın gəlib. Daha sonra Tailand hakimiyyəti sərhəddə vəziyyətin normallaşdığını bildirib.
Chosen
23
15
oxu.az

10Sources