Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) kişi vəkil və hüquqşünaslardan ibarət “Advokat” futbol komandası Dubayda keçirilən vəkil və hüquqşünaslar arasında dünya çempionatı hesab edilən “Mundiavocat 2024” turnirini V pillədə başa vurub.
Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından məlumat verilib.
Belə ki, dekabrın 13-də komandamız 5-8-ci yerləri uğrunda mübarizədə Slovakiya komandasını 7:4 və İtaliya komandasını isə 8:5 hesabı ilə məğlub edib.
Beləliklə, 21 komandanın iştirak etdiyi turnirdə 7 oyun keçirən “Advokat” 6 qələbə qazanıb, 1 heç-heçə edib və rəqib qapılarından 51 top keçirib.
Qeyd edək ki, ARVK-nın qadın vəkil və hüquqşünaslardan ibarət “Legal Eagles” futbol komandası “Mundiavocat 2024” turnirində gümüş medal qazanıb.
“Mundiavocat 2024” turnirində komandalarımıza sponsor dəstəyinə görə “PAŞA Sığorta” ASC, "Araz Supermarket" MMC, “Peşəkar Futbol Liqası" İB və “RDC” MMC-yə, habelə təşkilati dəstəyə görə “Şamaxı Futbol Klubu” İB-nə təşəkkür edirik!