EN

Turistlərin heyran qaldığı turizm cənnəti -GİRNE

“Dünyanı kəşf etmək üçün səyahət etmək lazımdır”-  XVII əsr alman səyyahı, görkəmli alim Adam Oleari hesab edirdi ki, dünya hələ kəşf edilməyib. Alim Osmanlı Türkiyəsinin ərazilərinə səfər edərkən bu əraziləri dünyanın ən gözəl əraziləri hesab edirdi . Bütün  sivilizasiyaların mərkəzi olan torpaqlar hər zaman cənnəti xatırladıb. 

Ümümilikdə Kiprız  adası Aralıq dənizinin uzaq şərq ucunda, Avropa, Afrika və Asiya qitələrinin kəsişməsində yerləşir. Strateji mövqeyinə görə tarix boyu Assuriyalılar, Misirlilər, Farslar, Romalılar, Ərəblər, Məbəd Cəngavərləri, Lüzinyanlar, Venesiyalılar, Osmanlılar və İngilislər kimi bir çox sivilizasiyalar tərəfindən idarə edilıb.

Amma bu adanın tarixə bağlılığı sözsüz Osmanlı Türkiyəsinə bağlıdır. Ada 1571-1878-ci illər arasında Osmanlı İmperiyasının hakimiyyəti altında olan iki ayrı Kipr xalqı, yəni Kipr Türkləri və Kipr Rumları, etnik, din baxımından fərqliliklərinə baxmayaraq, Osmanlı Millet sistemi altında sülh və əmin-amanlıq içində yaşayıblar. Burada hər iki xalqın dil, mədəniyyət və adət-ənənələr eyni olub.

1821-1829-cu illər arasında Osmanlı İmperatorluğuna qarşı üsyan Kiprdə yunan millətçiliyinin canlanmasına və Ellinist Meqali İdeyasına gətirib çıxardı ki, bu da Kipr yunanlarının “ Enosis ” (Kıbrıs Yunanıstanla birləşməsi) tələbinə də yol açdı .

image-22

Ada 1878-1960-cı illərdə Böyük Britaniyanın hakimiyyətində oldu.  Kuzey Kıprıs Türk Cümhuriyyəti 15 noyabr 1983-cü ildə rumlardan ayrılaraq öz müstəqilliyini elan etdi.

 Amma tarixi silmək, yox etmək mümkün deyil.  Ynanların Kıprız türklərinə qarşı soyqırımı unudulmayıb. Müstəqilliyin keçdiyi 41 il ərzində Kuzey Kiprız sürətlə inkişaf edərək bir turizm mərkəzinə çevrildi.  Bu yazımızda Aralıq dənizində Siciliya və Sardiniyadan sonra üçüncü ən böyük adada olan Kuzey Kıprız Türk Cümhuriyyətinin ən gözəl turistik şəhərlərindən biri olan Girne  haqqında oxocularımıza daha geniş məlumat verəcəyik. Ticarət vəziyyətinə görə çox əhəmiyyətli bir şəhər olan Girnenin əhalisi təxminən 65.000 nəfərdir. Guzey Kiprızın  digər rayonlarında olduğu kimi Girnədə də 1960-cı illərin izləri var. Guzey Kiprızın incəsənəti və tarixi baxımından da  böyük siyasi əhəmiyyətə malikdir . Bir çox sivilizasiyaların təsiri yerli ənənələrlə birlikdə orijinal yaradıcılığa sirayət edib. 

Tarixçilərin yazdığına görə bu şəhər eramızdan əvvəl 10-cu əsrdə Axeylər tərəfindən salınmışdır . Strabon yazırdı ki, şəhərin əsasını əfsanəvi Tegea kralı Kefey qoyub, o, axeylərə mənsubdur . Buna baxmayaraq, şəhərin yerləşdiyi ərazi eramızdan əvvəl IV əsrdə fars hakimiyyəti altında daimi yaşayış məntəqəsinə çevrilmişdir. Girne qalası eramızın 7-ci əsrində ərəb hücumları zamanı inşa edilmişdir . 1191-ci ildə Üçüncü Səlib yürüşü zamanı ingilis kralı I Riçard İsaak Komnenosla vuruşdu və qalanı mühasirəyə aldı və ələ keçirdi. Sonrakı illərdə Lüzinyanların hökmranlığı dövründə qala möhkəmləndi. 1373-cü ildə qala genuyalıların hücumları nəticəsində dağıdıldı . 1489-cu ildə Girniya bütün ada ilə birlikdə Venesiya nəzarətinə keçdi və bu dövrdə qalada böyük dəyişikliklər edildi. 9 iyul 1570-ci ildə Osmanlı İmperiyasının Kipr səfəri zamanı şəhər könüllü olaraq təslim oldu.

image-0

Girne Guzey Kiprızın liman şəhəri olmaqla yanaşı, həm də ən turistik şəhərlərindən biridir . Roma, Bizans və Osmanlı hökmranlığına aid bir çox tarixi əsərə ev sahibliyi edən bu şəhər xüsusilə qalası və limanı ilə məşhurdur. Ardıcıl olaraq otel və kazinoların açılması şəhər əhalisinin artmasına səbəb olub.

Liman şəhəri olması Girneni Guzey Kiprızın ən canlı şəhərlərindən birinə çevirib.

2022-cilin statistikasına görə   Girnedə 128 mehmanxana var idi ki, onlardan 13-ü beşulduzlu oteldir. Girne şəhəri Guzey Kiprızın ən əhəmiyyətli turizm mərkəzlərindən biridir. Rayonda Alsancak və Lapta kimi digər turistik yaşayış məntəqələri də var . Qış aylarında turizmin olmaması səbəbindən belə yaşayış məntəqələrində ticarət dayanır.

image-11

Girnədə də Aralıq dənizi iqlimi müşahidə olunur. Yay isti və rütubətlidir. Yaz aylarında temperatur 40 dərəcəyə çata bilər.

Qış ayları ümumiyyətlə isti keçir və arabir yağış yağır. Qar yağışı yoxdur. Buna görə də Girnedə turizm mövsümü bu qədər uzun çəkir. Maydan noyabra və hətta dekabr ayına qədər Girnədə üzmək olar. Deyə bilərəm ki, üzmək üçün ən yaxşı vaxt sentyabrın ortaları ilə noyabr ayları arasıdır. Yaz aylarında da temperatur yüksək olur. Orta temperatur 25 dərəcədir. May və iyun ayları da səyahət üçün ideal ola bilər.

image-111

Guzey Kiprızın mətbəxi də özünəməxsusdur.  Halloumi pendiri Guzey Kiprızın simvoludur desək yanılmarıq.  Otellərdə və restoranlarda mütləq qızardılmış halloumi pendirinə rast gələcəksiniz. Adada zeytun və zeytun yağı asanlıqla tapmaq mümkündür. Zeytunları dadlıdır və zeytun yağı ilə hazırlanan yeməklərdə də istifadə olunur. Bundan başqa, adada türk mətbəxinin də təsiri var. Kabab, lahmacun kimi xörəklərə hər yerdə rast gəlmək olar.

Girne limanında gözəl balıq restoranları, kafe və barlar da var. Bura artıq Girnenin ən canlı yeridir. Girnəyə gələn turistlərin ilk seçimləri sıra -sıra düzülmüş restoranlardır. Bundan əlavə, Bellapais Monastırı ərazisində gözəl restoranlar da var.  Şaftalı kababı adaya xas olan yeməklərdən biridir.

Sözsüz ki, Girne tarixi bir məkandır və buarada saysız – hesabsız gəziləcək və görüləcək yerlər var.

Səlimiyə məscidi

image-1

Qotika memarlığının gözəl nümunələrindən biri olan Müqəddəs Sofiya Katedralinin məscidə çevrilməsindən sonra adıdır. Çox möhtəşəm bir quruluşa malikdir.

Venesiya sütunu

image-2

Ada uzun müddət venesiyalılar üçün əhəmiyyətli bir ticarət mərkəzi olduğu üçün burada Venesiya əsərlərini görmək mümkündür. Bunlardan ən məşhuru Atatürk meydanındakı bu sütundur.

Girne qapısı

image-3

Girne şəhərinin əsas tarixi yerləri qədim liman və limana hakim olan Girne qalasıdır . İlk olaraq 7-ci əsrdə, Bizans dövründə inşa edilən qala Lüzinyan və Venesiya dövründə struktur dəyişikliklərinə məruz qalmış, yeni hissələr tikilmişdir. Bu gün qala kilsəsi, Bizans dövründən qalan qülləsi, Lüzinyan dövrünə aid mühafizə otağı, zindan və qüllələri, Venesiya dövrünə aid sarnıç və arsenalı ilə hər üç dövrün izini əks etdirir. Muzey kimi istifadə edilən qala içərisindəki Batmış Gəmi Muzeyində təxminən eramızdan əvvəl 300-cü illərdə, yəni Hellenistik dövrdə batmış bir gəmi gəmidəki tapıntılarla birlikdə sərgilənir.

Bir sözlə Kuzey Kıprız əsl cənnəti xatırladan bir yerdir. Dəniz, əsrarəngiz müşəlar və təbiət turistlərin ən sevimli məkanlarından biridir. Siz də öz istirahətinizi tarixi gizllinləri özünü yaşadan Girnedə keçirin.

Qoşqar Salmanlı

Chosen
44
50
moderator.az

10Sources