EN

Türkiyə ABŞ ilə "Qazprombank"a qarşı sanksiyalarda istisnaları müzakirə edib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türkiyə tərəfi ABŞ ilə əlaqələr zamanı "Qazprombank"a qarşı sanksiyalar çərçivəsində özü üçün istisna edilməsi məsələsini qaldırıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Hürriyet" qəzetinin müxbiri Hande Fırat mənbələrə istinadən yazıb.
Məlumata görə, müvafiq məsələ cümə günü Ankarada olan ABŞ Dövlət katibi Antoni Blinkenlə əlaqələr zamanı müzakirə edilib. Fırat qeyd edib ki, məsələ Türkiyədəki görüşlər zamanı qaldırılıb və lazımi sorğular təqdim edilib.
ABŞ tərəfi isə sorğulardan xəbərdar olduğunu və qiymətləndirmə apardığını bildirib.
Daha əvvəl Türkiyənin energetika naziri Alparslan Bayraktar bildirmişdi ki, ABŞ-nin "Qazprombank"a qarşı tətbiq etdiyi sanksiyalar Türkiyəyə mənfi təsir göstərir və ölkənin XİN Rusiyadan idxal edilən təbii qaza görə ödənişlərlə bağlı vəziyyətin tənzimlənməsi üçün danışıqlar aparır. O əlavə edib ki, Türkiyə qazın 40%-ni Rusiyadan alır və ödəniş imkanının olmaması ölkəyə ciddi zərbə vuracaq. O, Ankaranın ABŞ-nin Rusiya təbii qazı üçün istisna etməsini istədiyini vurğulayıb.
Noyabrın 21-də ABŞ Maliyyə Nazirliyi onlarla fiziki və hüquqi şəxsin daxil olduğu yeni anti-Rusiya sanksiyalar paketini açıqlayıb. Məhdudiyyətlər sırasına əvvəllər sanksiyalara məruz qalmayan "Qazprombank" da daxil edilib. Noyabrın 23-dən etibarən "Qazprombank"ın "UnionPay" ödəniş sisteminin kartları Türkiyənin dövlət və özəl banklarında qəbul edilmir.
Chosen
37
50
oxu.az

10Sources