Qarlı hava şəraiti ilə əlaqədar Bakı-Şamaxı avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkətində yaranmış çətinliklə bağlı əraziyə Yol Patrul Xidmətinin və digər aidiyyəti qurumun əməkdaşları cəlb olunub.
Yeniavaz.com xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, operativ müdaxilələrlə avtomobillərin hərəkəti bərpa olunub.
“Meteoroloji şəraiti nəzərə alaraq bir daha sürücülərə tövsiyə olunur ki, yola çıxmazdan əvvəl nəqliyyat vasitələrinin sazlığına diqqət yetirsinlər, sürət həddini hava şəraitinə uyğun seçsinlər”, - məlumatda deyilir.