EN

Qarlı hava nə vaxtadək davam edəcək?

Saat 16:00-a olan məlumata əsasən ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə 8-13 m/s, bəzi yerlərdə isə 15-20 m/s-dək zəifləyib.

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsilib.

Bakıda və Abşeron yarımadasında isə yağıntılar dekabrın 14-ü axşamadək fasilələrlə davam edəcək.

Dekabrın 15-16-da ölkə ərazisində hava şəraitinin nisbətən sabitləşəcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi, cənub-qərb küləyinin əsəcəyi, bəzi yerlərdə arabir güclənəcəyi gözlənilir.

Chosen
40
30
qafqazinfo.az

10Sources