EN

Azərbaycana 2 milyon 400 mindən çox turist gəlib

Cari ilin 11 ayı ərzində ölkəmizə 2 milyon 400 mindən çox turist gəlib. 

Paralel.az xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun İdarə Heyəti sədrinin müavini Cavanşir Bayramov bildirib.

Onun sözlərinə görə, bu, ötən ilə müqayisədə 28 faiz artım deməkdir: "Azərbaycanan gələn turistlər arasında ilk 3 yeri Çin, Hindistan və Rusiya ölkələrindən gələn qonaqlar təşkil edir. Əsas hədəflərdən biri ölkəmizi dünyada turizm məkanı kimi tanıtmaq və gecələmə yerlərinin saylarının artımına yönəlib".

“Şahdağ” Turizm Mərkəzi QSC-nin sədri Rüstəm Nəcəfov isə söyləyib ki, 2024-cü ildə turizm kompleksi 280 min qonaq qəbul edib.

"Təkcə hotellərdə qonaqlayanların sayı 101 min nəfəri keçib.
Turizm kompleksi 20 ölkədən 200-dən çox idmançının qatılacağı beynəlxaq xizək alpinizmi yarışına hazırdır".

Chosen
31
10
paralel.az

10Sources