EN

Aİ Cənubi Koreyada siyasi böhranın nizamlı həllinə çağırış edib

Avropa İttifaqı Cənubi Koreya prezidenti Yun Sok Yolun təxminən iki həftə əvvəl hərbi vəziyyət elan etməyə cəhd etməsindən bəri Cənubi Koreyada baş verən siyasi gərginliyin sürətli həllinə çağırış edib.

APA xəbər verir ki, bu barədə Avropa İttifaqının saytında qeyd olunub.

"Avropa İttifaqı, Milli Assambleyanın Prezident Yun Sok Yula impiçment qərarını nəzərə alır. İndi vacib olan, hazırkı siyasi böhranın Koreya Konstitusiyasına uyğun olaraq sürətli və nizamlı şəkildə həll olunmasını təmin etməkdir," - deyə Avropa İttifaqının sözçüsü Anitta Hipper bəyanatında bildirib.

Chosen
12
4
apa.az

5Sources