EN

Azərbaycanlı yeniyetmə Türkiyədə qətl törətdi

Türkiyədə 16 yaşlı azərbaycanlı gənc qətl törədib.

Metbuat.az xəbər verir ki, Denizli şəhəri Pamukkale qəsəbəsində yeniyetmə onu döyən anasının sevgilisini bıçaqlayıb.

Məlumatda bildirilir ki, 50 yaşlı Abdullah Kolcu sərxoş halda azərbaycanlı sevgilisi 45 yaşlı Aida İ. və onun 16 yaşlı oğlu Nicat H.-nı döyüb.

Yeniyetmə mətbəxdən bıçaq götürərək Kolcunu sinəsindən vurub. Yaralı təcili tibbi yardımla xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Nicat polisə verdiyi ifadədə Abdullah Kolcunun tez-tez onları döydüyünü deyib.

Chosen
28
metbuat.az

1Sources