EN

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı inkişaf etdirilir

 olan Əlahiddə  Ümumqoşun Ordunun (ƏÜO) komandanı general-mayor Kənan Seyidov bir sıra hərbi obyektlərdə olub.
 
Moderator.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
 
Səfər çərçivəsində general-mayor K.Seyidov Quru Qoşunlarının Aviasiya komandanlığı və hərbi hissələrdən birində olub. Nümayəndə heyətinə istifadədə olan pilotsuz uçuş aparatlarının (PUA) taktiki-texniki xüsusiyyətləri, onların ənənəvi döyüşlərdə tətbiqi, döyüş uçuşunun təşkili və PUA-lar üçün nəzərdə tutulan aviabombalar barədə brifinq təqdim olunub. Real vaxt rejimində döyüş tapşırığı yerinə yetirən PUA-ların uçuşları idarəetmə məntəqəsindən izlənilib.
 
Sonra nümayəndə heyəti Türkiyə Respublikasının Xüsusi Təyinatlı Qüvvələr (XTQ) Komandanlığına gəlib. XTQ-nin keçdiyi inkişaf yolu, yerinə yetirdikləri tapşırıqlar və kursantların hazırlığı prosesi barədə brifinq təqdim edilib. Xüsusi təyinatlıların peşəkar hazırlığı və döyüş vərdişlərinin artırılması üçün nəzərdə tutulmuş açıq və qapalı simulyatorlara baxış keçilib. Müasir texnologiya və yeni döyüş taktikasından istifadə edərək antiterror əməliyyatları üzrə şərti tapşırıqların praktiki icrası izlənilib.
 
ƏÜO komandanı İsparta şəhərində yerləşən Dağ Komando Məktəbi və Təlim Mərkəzi Komandanlığında olub. Burada nümayəndə heyətinə komandanlığın fəaliyyəti, təhsil sistemi və tədris prosesi barədə brifinq təqdim olunub. Komandoların silahlanmasında olan müxtəlif silahlar və rabitə vasitələri, həmçinin kursantların komando hazırlığı prosesi əyani nümayiş etdirilib, müxtəlif trenajorlara və tədris siniflərinə baxış keçirilib. General-mayor K.Seyidov orada təhsil alan Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə görüşüb və onların hazırlıq səviyyəsi ilə maraqlanıb.
 
Chosen
12
26
moderator.az

10Sources