EN

Azərbaycanda sürücülər niyə qış təkərlərindən az istifadə edirlər...

Havalar qarlı-şaxtalı olan zamanlarda baş verən qəzaların səbəblərindən biri də avtomobillərdə mövsümə uyğun təkərlərdən istifadə edilməməsi ilə bağlıdır. Ölkəmizdə qış təkərlərindən istifadə nə qədər yayılıb? Şaxtalı havada bu təkərlərdən istifadə vacibdirmi?

Mövzu ilə bağlı Modern.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, təkərlərin bir neçə fərqli növü mövcuddur:

“Dünya avtomobil istehsalında bir neçə ildir bu sahədə ixtisaslaşdırılmış və iqlimə uyğunlaşdırılmış nəqliyyat vasitələri istehsal olunur. Biz təkərdən danışırıqsa, onun növü də ölkənin yerləşdiyi relyefdən asılı olaraq dəyişir. Təkərləin en dairəsi, tikanlarının qalınlığı, sürüşkənliyi və digər amillər nəzərə alınır və sonda qənaətə gəlinir ki, hansı region üçün hansı növ təkərlər istehsal olunmalıdır. Qışı mülayim, yayı daha quraq keçən ölkələr üçün şinlərin xüsusi qalınlığına ehtiyac olmur. Qışı sərt olmayan, şaxtalı olan, lakin yağıntı olmayan, yaxud şaxtasız olan, amma yağıntısı çox olan fərqli zonalar mövcuddur. Hər zona üçün də özünəməxsus təkər növləri var.

Ekspertin sözlərinə görə, qışı mülayim keçən regionlarda bəzən 4 fəsil təkərlər də təklif olunur:

“Bəzi ərazilərdə isə iqlimə uyğun təkərləri olmayan nəqliyyat vasitələri cərimələnir. Ölkəmizə gəldikdə isə yaşayış zonalarının iqlimi mülayim iqlim tipinə aiddir. Bizdə 15-20 dərəcə şaxta olmur. Belə hava dağlarda ola bilər ki, orada da yaşayış çox azdır, yaxud heç yoxdur. Azərbaycanda 3-4 böyük şəhər var ki, onlar da iqlim qurşağına görə mülayimdir. Ona görə də həmin şəhərlərdə qalın təkərlərdən istifadəyə ehtiyac yoxdur. Sadəcə, onların sürüşkənlik mühiti və qalınlığı normal olsa kifayətdir. Bakı və digər böyük şəhərlər üçün spesifik xüsusiyyətlər bunlardır: qar yağsa belə, maksimum 3-4 gün yerdə qalır və yer buz bağlayır. Bu zaman da vətəndaşların əksəriyyəti şəxsi avtomobildən istifadə etmir”.

Chosen
53
13
modern.az

10Sources