Buzda futbol oynamaq yaxşı olmadı.
"Report" xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Cavid Hüseynov "Şamaxı"ya qarşı Misli Premyer Liqasının XVII turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.
O, heç-heçə başa çatan qarşılaşmanı şərh edib:
"Hər iki komanda üçün vacib oyun idi. Sonuncu yerdəyik. Bura qələbə üçün gəlmişdik, amma 1 xalla dönürük. Meydançanın vəziyyəti futbol oynamağa imkan vermirdi. Hava şaraiti öncədən bilinirdi, sinoptiklər məlumat vermişdi. Meydandançın vəziyyətini düzəltmək olardı. Buzda futbol oynamaq yaxşı olmadı. Qarşıda bizi "Zirə" ilə vacib matç gözləyir. Həmin oyuna hazırlaşacağıq".
Qeyd edək ki, XVII turun görüşündə "Səbail" səfərdə "Şamaxı" ilə qolsuz bərabərə qalıb.