Braziliyanın federal polisi şənbə günü keçmiş müdafiə naziri Valter Braqa Nettonu saxlayıb.
Modern.az xəbər verir ki. bu barədə “Reuters” məlumat yayıb,
Braqa Netto həm də keçmiş prezident Jair Bolsonaronun aparat rəhbəri vəzifəsində çalışıb. O, həm də Bolsonaronun 2022-ci ildə yenidən seçilmək üçün uğursuz namizədliyi dövründə vitse-prezidentliyə namizəd olub.
Noyabr ayında federal polis Braqa Nettonu həmin seçkilərin nəticələrini ləğv etmək üçün çevriliş etməkdə ittiham etmişdi.