EN

KİV: İran Suriya ilə diplomatik əlaqələri kəsməkdən və Dəməşqdəki səfirliyini bağlamaqdan ehtiyat edir

İran diplomatik əlaqələrin kəsilməsi və Dəməşqdəki səfirliyinin bağlanması ilə Suriya ilə münasibətlərinin korlanmasından ehtiyat edir.

Bizim.Media xəbər verir ki, bu barədə “The New York Times” İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvlərinə istinadən yazıb.

Qeyd olunur ki, Tehran Suriyanın yeni hakimiyyət orqanlarının icazəsilə ölkədə istənilən səviyyədə diplomatik mövcudluğu qəbul etməklə razılaşıb.

Mənbələr bildirir ki, İran hökuməti İslam Respublikasının Suriyada cəmi 11 gündə hər şeyini itirməsindən şoka düşüb. Rəsmilər bildiriblər ki, hökumət Dəməşqin yeni rəhbərliyi ilə əlaqə yaratmağa çalışarkən hələ də "çaşqındır".

Bizim.Media

Chosen
22
bizim.media

1Sources