Argentinalı fenomen Micaela Ybañez Buenos canlı yayım zamanı soyğunçuların hədəfinə çevrilib.
Medianews.az xəbər verir ki, motosikletlə gələn təcavüzkar 3 milyondan çox izləyicisi olan fenomenin avtomobilinin şüşəsini sındıraraq telefonunu oğurlayıb.
Soyğunçuluq anları fenomenin izləyiciləri tərəfindən anbaan izlənib. Şüşə qırılan zaman Ybañez və onun meneceri Akosta yüngül xəsarətlər alıblar.
Hadisənin görüntülərini təqdim edirik.
Medianews.az