EN

Əsədə Rusiya vətəndaşlığı verilə bilər- Yanukoviçə verildisə, niyə Əsədə də verilməsin...

Image

1963-cü ildə Suriyada hakimiyyətə gələn Bəəs Partiyasının 61 illik qanlı hakimiyyəti, 2011-ci ildə azadlıq tələb edən xalq hərəkatlarının zorakılıqla yatırılmağa çalışıldığı vətəndaş müharibəsində çökdü və paytaxt Dəməşq üsyançı qüvvələrin əlinə keçdi.

Ölkəsini tərk edərək Rusiyaya qaçan Əsədin sürgün həyatına necə davam edəcəyi ilə bağlı Rusiyadan diqqətçəkən açıqlama gəlib. Rusiya Dumasının Müdafiə Komitəsinin sədr müavini Aleksey Juravlev Əsədin Rusiya vətəndaşı ola biləcəyini açıqlayıb.

“Əgər Yanukoviç Rusiya vətəndaşlığını ala bildisə, indiki mənfi münasibətə baxmayaraq, niyə Rusiya üçün çox işlər görən Əsədə də vətəndaşlıq verilməsin?" – deyə Juravlev bildirib. 

TAHİR





Chosen
51
baki-xeber.com

1Sources