EN

Avstraliyada laboratoriyadan yüzlərlə ölümcül virus yoxa çıxıb


Avstraliyaın Kvinsletnd Milli Səhiyyə laboratoriyasından yüzlərlə ölümcül virus nümunəsu yoxa çıxıb.

“Medicina” xəbər verirki, təhlükəsizlik protokollarının pozulması səbəbindən 352 probirka 2023-cü ilin avqustundan itib.
Onların içində Hantavirus, lissavirus, Hendra kimi patogenlər vardı.

Hendra virusu heyvandan insana keçir və yalnız Avstraliyada aşkarlanıb.
Lissavirus quduzluq yaradan viruslar qrupudur.

Virusların oğurlandığı, yoxsa məhv olduğu məlum deyil.
Lakin yerli hökumət iddia edir ki, ictimaiyyət üçün təhlükə yoxdur, amma insidentin tədqiqatı indi başlayıb.

Boston universitetinin alimi Sem Skarpino bildirib ki, bu viruslardan epidemiya olması riski də azdır, çünki o virusların insandan insana keçməsi hələ ki, mümkün deyil.

Lakin onlardan hər biri ölümə səbəb olacaq viruslardır. Bu 3 patogen daha çox heyvanlar üçün təhlükəlidir.


Aygün Musayeva


Chosen
18
1
medicina.az

2Sources