EN

"Rusiya öz hərbi bazalarını Suriyadan çıxarır" - "The Washington Post"

 
Rusiya öz hərbi qüvvələrini Suriyadan çıxarır, bunu sübut edən peyk fotoşəkilləri üzə çıxıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Washinqton Post" nəşri yazıb.
 
Qeyd edilir ki, Rusiya Suriyadakı aviasiya bazasınıdakı avadanlığı demontaj edir və onu təyyarələrə yükləyir. Moskvanın ölkəni tamamilə tərk etmək niyyətində olduğu bəlli deyil.
 
Peyk şəkillərindən görünür ki, Xmeymim aviasiya bazasına An-124 və İl-76 iki yük təyyarəsi, habelə daha kiçik model olan üç An-32 və bir An-72 təyyarəsi eniş edib. Təyyarələrin ağır avadanlığın yüklənməsi üçün burun bölməsinin açıq olduğu görünür.
 
Xmeymimdə həmçinin C-400 hava hücumundan müdafiə sistemlərinin hissəsi demontaj edilib və daşınmaya hazırlanır.
 
Peyklər həmçinin Rusiyanın Suriya sahillərindən Aralıq dənizində üzən gəmilərini qeydə alıb. Lakin söhbətin rusiyalıların Suriyadan tamamilə və ya qismən çıxacağından getdiyi aydın deyil. Rusiya qoşunları, ehtimal ki, "öz bazalarından təhlükəsiz keçid" əldə edib. 
 
"Aydındır ki, qoşunların çıxarılması artıq başlayıb. Lakin bunun
tam və ya qismən təxliyyə olması aydın deyil", - bunu beynəlxalq sülh uğrunda Karnegi Fondunun elmi əməkdaşı Dara Massikot deyib.
 
Rusiya gəmilərinin Tartus hərbi- dəniz bazasından 10 gün öncə çıxdığı və sahildən bir neçə metr aralıda dayandığı bəllidir. "Apostrof" nəşri yazıb ki, rusiyalılar Tartusda içki içir, talançılıq edir və təxliyə olunmasını gözləyir.
Chosen
50
moderator.az

1Sources