EN

İtaliyanın G7-yə sədrliyi başa çatıb

“Böyük Yeddilik” (G7) ölkələrinin dövlət və hökumət başçılarının videokonfrans formatında görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə G7-nin sədri İtaliyanın Nazirlər Şurası məlumat yayıb.

Bildirilir ki, görüşdə beynəlxalq gündəmdəki böhranlar, Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki vəziyyət və Venesueladakı hadisələr müzakirə edilib. G7 liderləri bir daha Ukrayna xalqının azadlıq, suverenlik və müstəqillik uğrunda mübarizəsini dəstəkləyib, Suriyada dinc və nizamlı siyasi keçid prosesinin vacibliyini qeyd edib, Qəzzada girovların azad edilməsi və atəşkəs planına dəstəyi yeniləyib, qarşıdurmaya son qoymağa və iki dövlətli həllə çağırıb, Livanda atəşkəsə riayət edilməsinin vacibliyini vurğulayıblar.

Görüşdə G7-yə sədrlik İtaliyadan Kanadaya keçib. İtaliyanın 2024-cü ildə G7-yə sədrliyi çərçivəsində Liderlərin Zirvə toplantısına, həmçinin 23 nazirlər görüşünə, eləcə də 130-dan çox aşağı səviyyəli işçi görüşə ev sahibliyi etdiyi bildirilib.

Chosen
16
3
yeniazerbaycan.com

4Sources