EN

​Reyhanlı terroru üçün Suriyadan sursat daşıyırmış - Saxlanıldı

Türkiyənin Reyhanlı bölgəsində 53 nəfərin ölümünə səbəb olan terror aktında əli olan Cengiz Sertel saxlanılıb.
Metbuat.az xəbər verir ki, 11 may 2013-cü ildəki hücumun iştirakçısı Türkiyə Milli Kəşfiyyat Təşkilatı və polisin təşkil etdiyi əməliyyatla ələ keçib.Məlumata görə, terrorçu Hatayın Reyhanlı rayonunda baş verən terror aktı zamanı istifadə edilən partlayıcıları Suriyadan gətiribmiş.

Qeyd edək ki, Hatayın Reyhanlı rayonunda 2013-cü ildə bələdiyyə binası yaxınlığında baş verən iki ayrı partlayışda 53 nəfər həyatını itirib, 912 ev, 891 iş yeri və 148 avtomobilə ziyan dəyib.

Chosen
43
1
metbuat.az

2Sources