EN

Biləsuvar və Cəlilabad ağ örpəyə bürünüb

Biləsuvar və Cəlilabad rayonuna mövsümün ilk qarı yağıb.

Paytaxt.org-un məlumatına görə, qar əsasən Cəlilabadın dağlıq ərazilərinə daha çox yağıb.

Qar örtüyünün hündürlüyü Biləsuvar rayonunda və Cəlilabadın mərkəzində 5 santimetr, Cəlilabadın kəndlərində isə 10 santimetrə çatıb.

Təbiət hadisəsi nəqliyyatın hərəkətinə heç bir maneə yaratmayıb. Yollar tam açıqdır və nəqliyyat vasitələrinin hərəkəti təhlükəsiz şəkildə davam edir.

Hazırda bölgədə şaxtalı hava şəraiti davam edir.

Chosen
33
5
ekologiya.az

5Sources