EN

Suriya müxalifətindən Putinə MESAJ: Rusiyaya yenidən bu şansı vermək...

"Rusiyaya Suriyaya olan münasibətini ümumi maraqlara uyğun şəkildə yenidən nəzərdən keçirmək imkanı vermək lazımdır".

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, bunu Suriyanın müxalifət lideri Əbu Məhəmməd əl-Colani "Syria TV"-yə verdiyi müsahibəsində belə deyib.

Onun sözlərinə görə, mövcud mərhələ beynəlxalq münasibətlərin idarə edilməsində düşünülmüş yanaşma tələb edir və Dəməşq hər iki ölkənin maraqlarına cavab verən konstruktiv əməkdaşlığa hazırdır.

Colani vurğulayıb ki, Suriya təhriklərə can atmır və Moskvaya hakimiyyət dəyişikliyi fonunda strateji razılaşmaların yenidən nəzərdən keçirilməsini təklif edir.

Bununla yanaşı, o qeyd edib ki, yeni rəhbərlik bütün vətəndaşların hüquq və ədalətini təmin edəcək müasir dövlət institutları qurmaq niyyətindədir.

Bundan əlavə, Əbu Məhəmməd əl-Colani İsrailin hərəkətlərini "təxribatçı" və regional sabitlik üçün təhlükəli adlandırıb və beynəlxalq ictimaiyyəti diplomatik həll yollarına çağırıb.

Eyni zamanda o, Suriyanın İranın təsirini uğurla məhdudlaşdırdığını, lakin qonşuları ilə dialoqa açıq olduğunu qeyd edib".

Afaq,
Musavat.com

Chosen
16
musavat.com

1Sources