Türkiyə Superliqasında növbəti məşqçi istefası reallaşıb.
İdman.biz xəbər verir ki, Bülent Uyğun "Sivasspor"u tərk edib.
Son 5 oyunda qələbə qazana bilməyən komanda dünən "Bodrumspor"a uduzub. Bu oyunlarda cəmi 1 xal toplayan "Sivasspor" baş məşqçi ilə yollarını ayırdığını təsdiqləyib.
Sivas klubu Uyğunun rəhbərliyi ilə 16 oyunda 5 qələbə qazanıb, 3 dəfə heç-heçə oynayıb, 8 dəfə uduzub. Komanda 18 xalla 12-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, 2024/2025 mövsümündə Türkiyə Superliqasında 9 baş məşqçi vəzifəsindən ayrılıb.
İdman.biz