EN

Bu halda prezidentliyə namizəd olacaq

Suriyada hakimiyyətə gələn silahlı müxalifətin lideri Əhməd əl-Şaraa (Əbu Məhəmməd əl-Culani ləqəbi ilə tanınır) ölkə prezidentliyinə namizədliyini irəli sürməyə hazır olduğunu açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə "Al Araby" telekanalı məlumat yayıb.

“Əgər vətəndaşlar və ya ətrafımdakı insanlar bunu istəsə, mən Suriya Respublikasının prezidentliyinə namizədliyimi irəli sürəcəyəm”, - deyə o bildirib.

Suriyada siyasi vəziyyət noyabrın sonunda yerli müxalifətin silahlı qruplaşmalarının güclənməsi səbəbindən daha da gərginləşib. Dekabrın 8-nə keçən gecə onlar respublikanın paytaxtı Dəməşqə nəzarəti ələ keçirdilər. Eyni zamanda, ölkə ordusunun komandanlığı ölkə prezidenti Bəşər Əsədin hakimiyyətinin başa çatdığını elan edib .

Chosen
11
4
publika.az

5Sources