EN

Azərbaycan ağırlıqqaldıranı dünya çempionatında gümüş medal qazanıb

Bakı. Trend:

Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli Bəhreynin paytaxtıManamada keçirilən ağırlıqqaldırma üzrə dünya çempionatında gümüşmedal qazanıb.

Trend xəbər verir ki, 109kiloqram çəki dərəcəsində körpücük üzərinə çıxan idmançı birdənqaldırma hərəkətində 183 kiloqramı ram edib və bu hərəkətdə 4-cüolub.

Dadaş təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edərəktarixi uğur qazanıb. O, 221 kiloqramı başı üzərinə qaldıraraq buhərəkətdə mundialın gümüş mükafatına sahib çıxıb.

Dadaşbəyli cəmi 404 kiloqram (183+221) nəticə ilə yekunsıralamada da 2-ci yeri tutaraq fəxri kürsüdə yer alıb.

Dadaş ötən il Səudiyyə Ərəbistanında keçirilən dünyaçempionatında bürünc medal qazanaraq 18 illik fasilədən sonra bunəticə nail olan ağırlıqqaldıran olmuşdu.

Qeyd edək ki, mundiala dekabrın 15-də yekun vurulacaq.

Chosen
65
4
az.trend.az

10Sources