Tailandın şimal-qərbində yerləşən Tak əyalətində Qızıl Xaç xeyriyyə yarmarkasında baş vermiş partlayış nəticəsində xəsarət alanların sayı 48 nəfərə çatıb.
Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.
Qeyd edilir ki, hadisə zamanı azı 4 nəfər ölüb. Məlumata görə, festival zamanı rəqs meydançasına qumbara atılıb.
Hadisədən sonra əraziyə təhlükəsizlik qüvvələrinin əməkdaşı cəlb edilib. Partlayışla bağlı 2 nəfər şübhəli şəxs qismində saxlanılıb.
Saxlanılanlardan biri ifadəsində "rəqib dəstəyə" hücum etmək üçün hazırlanmış bir çanta partlayıcı daşıdığını etiraf edib.
Hadisə ilə bağlı araşdırılmalar davam etdirilir.